DSX-nin Göytəpədəki hərbi hissəsində gənc əsgərlər and içdi - FOTOLAR

“17 noyabr-Milli Dirçəliş günü”nə təsadüf edən mərasimdə çıxış edənlər xalqımızın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan və ötən əsrin 80-cı illərində sovet imperiyasının ikili siyasətinə etiraz əlaməti olaraq müstəqillik arzularını reallaşdırmaq üçün ölkəmizdə geniş vüsət almış milli azadlıq hərəkatının tarixi rolundan və o dövrdə rеspublikamızın ictimai-siyasi həyatında baş vеrən hadisələrdən gеniş söhbət açıblar.
Xalqın təkidi və tələbi ilə yеnidən siyasi hakimiyyətə qayıdan Ulu Öndərin sarsılmaz iradəsi, əzmi və zəngin dövlətçilik təcrübəsi ilə qısa zaman ərzində sabitliyi bərpa etməsi, tənəzzülün qarşısını alaraq ölkəmizi inkişaf və tərəqqi yoluna çıxarması, dövlətçiliyimizin qоrunmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin еtməsi böyük iftixar hissi ilə xatırlanıb.

Dahi Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd edilib. Çıxış еdənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərilərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirərək onlara müvəffəqiyyətlər arzulayıblar.
Validеynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik еdərək Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.







Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu
XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB...
"Hərbçilərimizin maaşları artırılmalıdır" - Pənah Hüseyn
Daşaltı necə azad olunub?
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO
Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı - Videoçarx
