DSX məlumat yaydı: Qazaxda erməni təxribatı - FOTOLAR
Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Minval.info-ya verilən məlumata görə, yanvarın 12-də saat 11:20 və 11:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavator atəşə tutulub. Ekskavatora doğru 7,62 millimetr çaplı PK pulemyotundan və 12,7 mm çaplı DŞK pulemyotundan açılan atəş nəticəsində 6 güllə ekskavatorun çalovuna və başqa hissələrinə dəyib, kabinənin şüşəsi sındırılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələri yanvarın 6-da da həmin istiqamətdə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavatora atəş açmışdı.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu
XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB...
"Hərbçilərimizin maaşları artırılmalıdır" - Pənah Hüseyn
Daşaltı necə azad olunub?
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO
Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı - Videoçarx