DSX: "Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib"
Dövlət Sərhəd Xidməti Ermənistanın (DSX) təxribatı ilə bağlı açıqlama yayıb.
“Minval.info”nun xəbərinə görə, açıqlamada deyilir:
“Sentyabr ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilmiş və atəş nöqtələri zərərsizləşdirilmişdir. Şəxsi heyət və hərbi texnika baxımından coxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.
Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdininin qarşısının alınması zamanı Dövlət Səhəd Xidmətinin adları qeyd olunan hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərmiş, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olublar.
kapitan Mehbalı Fərid Kəmaləddin oğlu;
baş gizir Məmmədov Azər Mustafa oğlu;
baş gizir Məmmədov Nahid Hüseynağa oğlu;
kiçik gizir Nəsirov Ülvü Əsədulla oğlu;
kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu;
kiçik gizir Babazadə Elşən Sahib oğlu;
baş çavuş Rəhimov Təbriz Rəhim oğlu;
baş çavuş Sadıxov Şəmistan Əbdülağa oğlu.
Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
![]()
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
Birinci xanımlar Bişkekdə görüşdü - FOTOLAR
İlham Əliyev Ərdoğanla görüşdü - FOTO
İlham Əliyev Paşinyanla görüşdü
İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib - VİDEO
VACİBİlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO