Dövlət maşınları hərracda: Passat 5 625 manata!
Azərbaycanda dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq. Hərrac, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 29 sentyabr 2026-cı ildə keçiriləcək.
Minval.info xəbər verir ki, satışa müxtəlif dövlət qurumlarının balansında olan minik avtomobilləri, avtobuslar, mikroavtobuslar, yük və xüsusi təyinatlı nəqliyyat vasitələri çıxarılıb. Siyahıda ən aşağı start qiyməti 600 manat olan 1995-ci il istehsalı ‘Mitsubishi Roza’ avtobusuna aiddir. 750 manatdan başlayan ‘QAZ-3102’, 1 125 manatlıq ‘QAZ-31029’, 1 500 manatlıq ‘Hyundai Elantra’ və ‘Nissan Maxima’ kimi avtomobillər də hərracda olacaq.
Daha yüksək start qiyməti ilə satışa çıxarılan nəqliyyat vasitələri arasında 2013-cü il istehsalı ‘Range Rover Vogue’ xüsusi diqqət çəkir. Onun ilkin qiyməti 21 min manatdır. 2011-ci il istehsalı ‘Land Rover Freelander’ avtomobillərindən biri 16 500, digəri isə 11 250 manatdan təklif olunur. 2015-ci il istehsalı ‘Hyundai Equus’un start qiyməti isə 12 300 manat müəyyənləşdirilib. Eyni zamanda 8 250 manatlıq ‘Hyundai H-1’, 5 625 manatlıq ‘Volkswagen Passat’ və 5 400 manatlıq ‘Peugeot Partner’ və ‘Volkswagen Caddy’ modelləri də satışa çıxarılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Himayədar ailə prosesi 2 həftəyə tamamlanır
Avtobuslar üçün məsafə əsaslı ödəniş modeli
Bakıda nəhəng ağac maşının üzərinə düşdü
Xalq artisti nəvəsi ilə Gədəbəydə istirahətdə
Meta-nın yeni süni intellekti: Muse Spark 1.3
Müğənni Güllünün ölümü: Qızı həbs olundu
İbrahim Tatlısesin son görüntüləri narahatlıq yaratdı