Dövlət Departamentinin rəsmisi: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcək

ABŞ bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcək.
Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Corc Kent deyib.
O bildirib ki, ABŞ ATƏT Minsk qrupunun həmsədri qismində öz öhdəliklərinə ciddi yanaşır:
“Biz şadıq ki, tərəflər arasında liderlər və Xarici İşlər nazirləri səviyyəsində görüşlər baş tutub. Tərəflər qoşunların təmas xəttində gərginliyin və atəşkəs rejiminin pozulması hallarının azaldılması barədə razılıq əldə ediblər. Moskvada bu yaxınlarda keçirilmiş Xarici İşlər nazirlərinin görüşündə məqbul razılaşmalar əldə olunub. ABŞ gələcəkdə Xarici İşlər nazirlərinin görüşünü keçirməyə hazırdır. Növbəti görüşə gəldikdə isə, hələlik demək olmaz ki, yer müəyyənləşdirilib. Amma əmin olun ki, ABŞ öz öhdəliklərinə ciddi yanaşır. Biz münaqişənin sülh yolu ilə həllinə gətirəcək prosesi dəstəkləmək istəyirik. Münaqişənin sülh yolu ilə həll olunmasında tərəflərə kömək etmək niyyətinə sadiqik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Diplomatik sahədə “təmizləmə” davam edir - Həsənov qardaşlarını nə gözləyir?
"Paşinyanın niyə belə etdiyini anlaya bilmirdik" - Ambarsumyan
Azərbaycanın yeni Baş naziri təsdiqləndi
Xarici İşlər Nazirliyi türkdilli ölkələri təbrik edib
Sergey Narışkin: “İndi Rusiyanın taleyi həll olunur”