Donald Tramp: “Koronavirusu “sürü mentaliteti” ilə məğlub edəcəyik”
ABŞ prezidenti Donald Tramp koronavirusla bağlı daha bir qəribə açıqlama verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı yenə də koronavirusun peyvəndsiz, öz-özünə çıxıb gedəcəyi ilə bağlı fikrini təkrarlayıb. Donald Tramp bunu “sürü mentaliteti” adlandırıb.
“Bu bəla tədricən aramızdan yox olacaq, siz “sürü zehniyyəti” ilə inkişaf edəcəksiniz. Bu onsuz da ötüb keçəcəkdi. Ancaq proses peyvəndlə daha sürətlə baş verəcək”,-deyə o, Pensilvaniyada təşkil edilən tədbirdə bildirib.
Ekspertlərin fikrincə, ABŞ prezidenti, sadəcə, “sürü mentaliteti” ilə “kollektiv immuniteti” səhv salıb.
“Kollektiv immunitet” immunitetin daha çox insanda əmələ gəlməsi ilə virusun yayılmasının kəsilməsini nəzərdə tutur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi