24.01.2018 - 10:45
Siyasət 3 baxış

Dmitri Peskov: "Prezident məndən də həyəcanlı olur”

“Rusiya prezidenti Vladimir Putin üçün münasib olmayan sual yoxdur”

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rusiya1” kanalında azərbaycanlı Nailə Əsgərzadənin aparıcılığı ilə  yayımlanan proqrama müsahibəsində bildirib.

Minval.İnfo xəbər verir ki, D. Peskov qeyd edib ki, bu qənaətə illərdir çalışdığı işin təcrübəsi əsasında gəlib: “Prezident çox asan şəkildə jurnalistlərin suallarını cavablandırır. Vladimir Putin üçün münasib olmayan sual yoxdur. Hesab edirəm ki, dünyanın heç bir ölkəsində prezidentlə media arasında belə sərbəst mətbuat konfransı olmur”.

Mətbuat katibinin sözlərinə görə, press konfransdan öncə çox həyəcan keçirir: ”Bəlkə də prezident məndən də həyəcanlı olur”.

O həmçinin bildirib ki, prezidentin informasiya və mətbuat şöbəsi böyük bir komanda olaraq gün ərzində aktiv şəkildə çalışırlar.

Zeynəb

Minval.İnfo

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: