“Diqqətli olmalıyıq” - Q.Qurbanovdan açıqlama
Vacib oyuna çıxacağıq. Diqqətli olmalıyıq.
Oxu.Az xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyib.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə cavab qarşılaşmasını şərh edən Q.Qurbanov bildirib: “Rəqibdə baş məşqçi dəyişikliyi olub. Ümumiyyətlə, APOEL daim fərqli sistemdə oynayır. Sabah futbolçularımıza meydanda daha çox düşünmək lazım olacaq. Komandanı bacardığımız qədər məlumatlandırmışıq. Hər bir halda, istəyirik ki, azarkeşlərimizi sevindirək. Yaxşı oyun göstərib, mübarizə aparmaq və yaxşı nəticə qazanmaq istəyirik”.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:30-da başlanacaq. Kiprdəki ilk görüşdə “Qarabağ” 1:2 hesabı ilə qalib gəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qurban Qurbanov: "Fərqli rəqibə qarşı çıxış edəcəyik"
Trampın İnfantino ilə bağlı başqa planı varmış
"Real Madrid" daha bir dünya çempionunu transfer edir
“Azərlotereya” çempion axtarır!
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb