06.06.2024 - 12:22
Lent
38 baxış
Dilarə 40 dərəcə temperaturla səhnəyə çıxdı – FOTOLAR
“Eurovision” təmsilçilərimizdə olan Dilarə Kazımova Heydər Əliyev Sarayında şairə-bəstəkar Xanım İsmayılqızının “Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsində səhnə alıb.Minval.info xəbər verir ki, sənətçi səhnəyə çıxaraq, ilk dəfə sözləri və musiqisi İsmayılqızına məxsus olan “Ay” bəstəsini səsləndirib.
Qırmızılara bürünən Dilarənin coşqu dolu mahnısı və səmimi səhnə perfomansı konsertə gələn tamaşaçıları coşdurub.
Həmçinin, estrada ulduzu qeyd edib ki, konsert zamanı temperaturu 39 dərəcə olub və çıxışı bu səbəbdən təxirə salmaq istəməyib:
“Biz layihəni planlaşdıranda hər şey yaxşı idi. Lakin konsert başlayana yaxın xəstələndim, ağrım olmasa da, 39-40-a yaxın qızdırmam var idi. Buna baxmayaraq başa düşürdüm ki, komandanın, konsertin üzərində çalışanların əziyyəti böyükdür. İşləri təxirə salmaq olmazdı. Ona görə də əlimdən gələni etməliydim. Rəqslər və digər məqamlar öz yerindədir. 40 dərəcə qızdırma ilə bu mahnının ifa etdimsə, mən özümlə fəxr edirəm”, – deyə Kazımova qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
20.10.2026 - 16:24
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
08.10.2026 - 15:28
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
06.10.2026 - 16:27
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
05.10.2026 - 16:27
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
04.10.2026 - 16:16
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
04.10.2026 - 13:14
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
03.10.2026 - 09:07
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı
02.10.2026 - 19:56

