Dieqo Maradonanın "Mançester Yunayted" istəyi
Bir zamanlar əfsanəyə çevrilmiş sabiq argentinalı futbolçu, hazırda isə məşqçilik fəaliyyəti ilə məşğul olan Dieqo Maradona İngiltərənin “Mançester Yunayted” futbol klubuna başçılıq etməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə 59 yaşlı mütəxəssisin özü “FourFourTwo” portalına açıqlamasında bildirib.
“Əgər “Mançester Yunayted” baş məşqçiyə ehtiyac duyursa, onda mən onlara lazım olan şəxsəm. Onlar bütün dünyaya çoxlu futbol köynəyi satırlar, mən onlara qənimətlər əldə etmək üçün lazımam və bunu necə etməyi bilirəm”, – deyə Maradona bildirib.
Qeyd edək ki, Dieqo Maradona hazırda “Dorados” klubuna baş məşqçilik edir. Komanda Meksikanın ikinci liqasında çıxış edir.
Daha əvvəl Maradona baş məşqçisi olduğu “Dorados”un avtobusunu idarə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Berluskoni: "Komandamızda saqqallı futbolçuların olmasını istəmirik"
Makqreqor Nurməhəmmədovdan revanş tələb etdi
Üç futbolçusu koronavirusa yoluxdu – Klubu rəsmən açıqladı
"DÇ-2018": Ən bahalı və ən ucuz komanda - SİYAHI
Səbinə Əzimova Avropa birinciliyində bürünc medal qazandı
Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək
PSJ Ronaldonu transfer etmək istəyir - Fantastik qiymət