Deputat: "Rusiya ilə siyasi ittifaqda birləşmək olar"
“Rusiya ilə ərazicə birləşmək qeyri-mümkündür. Siyasi ittifaqda birləşmək olar, amma ərazicə birləşmək mümkün deyil, bu, istisnadır.”
Oxu.Az xəbər verir ki, bunu YAP-dan olan millət vəkili Aydın Mirzəzadə Rusiyanın Liberal Demokratlar Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin “Azərbaycan Rusiyaya birləşsin, Qarabağ münaqişəsi həll olunsun” açıqlamasına münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan 27 il öncə tarixində ikinci dəfə müstəqiliyini əldə edib və müstəqil dövlətdir.
“Azərbaycan müstəqilliyini kiməsə və nəyəsə qurban vermək fikrində də deyil. Bu, qeyri-mümkündür. Eyni zamanda, Azərbaycan Rusiya ilə yaxın qonşu, dost dövlətdir, ölkələrimiz, dövlətlərimiz, xalqarımız arasında gözəl münasibətlər var. Biz bu baxımdan, Rusiyanın Qarabağ münaqişəsinin ədalətli həllinə töhfə verməsini arzulayırıq və gözləyirik”- deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı