Deputat: "Başqa ölkələrin vətəndaşları Azərbaycanda hərbi xidmətə cəlb edilir"
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda başqa ölkə vətəndaşının hərbi xidmətə cəlb edilməsi iddiası qaldırılıb və bunun araşdırılması istənilib.
APA-nın məlumatına görə, bu iddia ilə deputat Aqil Abbasçıxış edib.
O, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlidən bu məsələnin araşdırılmasını xahiş edib.
Deputat qeyd edib ki, Gürcüstan vətəndaşı olan və Azərbaycanda yaşayan, hərbi xidmət yaşı çatmış gənclər burada əsgərliyə aparılır, müddətli hərbi xidmətə cəlb edilir: “Bu, ciddi məslədir və araşdırılması lazımdır. Mən demirəm ki, Gürcüstanda yaşayan azərbaycanlıları gətirib vətəndaş edək, xeyr. Amma bunun bir çarəsinə baxılmalıdır”.
Əli Hüseynli deputata cavab olaraq bildirib k, belə bir faktın olması barədə eşitməyib: “Mən inanmıram ki, başqa bir ölkənin vətəndaşı Azərbaycanda hərbi xidmətə cəlb edilsin. Bu, ciddi iddiadır. Bütün hallarda biz bunu araşdıracağıq, araşdırdıqdan sonra cavab verəcəyik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı