Demokratlar Trampın impiçmentinə dair qətnaməni ABŞ Senatına təqdim ediblər
ABŞ-da Demokratlar keçmiş prezident Donald Trampın impiçmenti qətnaməsini Senata təqdim ediblər.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Nümayəndələr Palatasından olan ittihamçılar imzalanmış qətnaməni Kapitolinin bir qanadından digərinə – Senatın iclasının olduğu yerə apardığını yerli telekanallar da nümayiş etdirib.
Qətnamə “qiyama təhrik” maddəsinə əsaslanır. Prosesin özü fevralın 8-də başlayacaq.
Proses məhkəmə formatında keçirilir və onun qərarı hökm adlandırılır. Burada tərəflər şahidləri çağıraraq sənədləri təqdim edə bilirlər. Demokratların uğur qazanması üçün senatorların səslərinin üçdə ikisini qazanmaq vacibdir.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası yanvarın 13-də “iğtişaşlara təhrik etmə” ittihamı ilə D.Trampın impiçmentinə səs verib. Səsvermədə 232 senator impiçmentin lehinə, 197-si isə əleyhinə çıxıb.
Senatı qazanmaq üçün Demokratların 17 Respublikaçını öz tərəflərinə çəkməlidir, ancaq bu günə qədər onlardan yalnız 6-sı öz dəstəyini nümayiş etdirib. İmpiç olunacağı halda, Tramp gələcəkdə dövlət qurumlarında vəzifəyə təyin olunmaqdan məhrum edilə bilər. Bu isə onun gələcək prezident seçkilərində iştirakını da əngəlləmiş olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putin səssizliyini pozdu - ABŞ və NATO-nu ittiham etdi
TÜRKSOY-un Baş katibi Azərbaycan Prezidentini təbrik edib
Uğur Dündar İmamoğlu-Yıldırım debatına moderatorluqdan imtina edib
Əli Həsənovun daha bir kadrı işdən çıxarıldı
Obamadan Trampa sətiraltı tənqid
Tramp Boltonu niyə işdən çıxarıb? - Səbəb bilindi
Himnlə bağlı qanun layihəsi birinci oxunuşdan keçdi