Dayısı oğlunu qaçırıb yarım milyon tələb edənə hökm oxundu
Rusiyada gül biznesi ilə məşğul olan iş adamı Mirəkbər Seyidovun Bakıda yaşayan oğlunu qaçıran şəxslərin məhkəmə prosesi yekunlaşıb.
“Minval.info” “Qafqazinfo”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxslər Rafiq Hüseynov və Anar Mehdiyev hər biri 15 il müddətə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Mirəkbər Seyidovun oğlunu qaçırmaq barədə planın təşkilatçısı Rafiq Hüseynov onun öz bacısı oğlu olub. R.Hüseynov dayısının biznesmen olduğunu nəzərə alaraq oğlunu qaçırıb ondan külli miqdarda pul tələb etmək qərarına gəlib.
Bu il iyunun 8-də o, dayısı oğlu Mirhəsən Seyidovu Ramana qəsəbəsində kirayə tutduğu evə dəvət edib. Birlikdə yeyib-içdikdən sonra tanışı A.Mehdiyevlə birlikdə M.Seyidovun əl-ayağını bağlayıb. Daha sonra şəklini çəkərək dayısına göndərib və oğlunun azad edilməsi müqabilində 500 min dollar tələb edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qardaş Türkiyədən acı xəbər gəldi: Xeyli sayda ölən və yaralılar var
18 yaşlı qız bu sözləri yazıb intihar etdi - Səbəb dəhşətə gətirir
ABŞ Mixeil Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib
Türkiyədə Xocalı Parkının açılışı oldu
"Anadolu" səslərin 100 faizini açıqladı — İstanbulda kim qalib gəlib?
Türkiyədə daha bir meşə yanğını olub
Ermənistanda koronavirusa yoluxanların sayı 250 minə çatır