21.08.2026 - 01:25
Lent 58 baxış

Darçınlı qəhvə sevənlər diqqət: Faydaları və təhlükələri nələrdir?

Darçın qəhvəyə unikal bir ətir və dad qatır, lakin mütəxəssislər bu ədviyyatın həddindən artıq istifadəsinin sağlamlıq üçün təhlükələr yarada biləcəyini vurğulayırlar.

Minval.info xəbər verir ki, Rusiya Dövlət Maarif Universitetinin Tibb fakültəsinin cərrahiyyə kafedrasının baş müəllimi Aleksandr Umnov darçının az miqdarda qəbulunun qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edə biləcəyini bildirib. Lakin, bu ədviyyatın çox istifadəsi qaraciyərə ciddi yük gətirə bilər.

Mütəxəssis, darçının bəzi növlərinin tərkibində yüksək miqdarda kumarin maddəsinin olduğunu və bu maddənin həddindən artıq qəbulunun sağlamlığa zərər verə biləcəyini qeyd edib. Seylon darçınının isə daha az kumarin tərkibli olduğu üçün daha təhlükəsiz seçim olduğunu bildirib.

Darçının qanı durulaşdırıcı təsir göstərə biləcəyi və bəzi insanlarda allergik reaksiyalara səbəb ola biləcəyi də vurğulanıb. Hamilə qadınlar və həzm sistemi xəstəlikləri olan şəxslər darçından istifadə edərkən ehtiyatlı olmalıdırlar. Qaraciyər və böyrək xəstəlikləri olan şəxslərə isə bu ədviyyatı rasiondan çıxarmaq tövsiyə edilir.

Uşaqlar üçün isə pediatrlar darçın əlavə edilmiş içkilərin verilməsini məsləhət görmürlər, çünki bu, sinir sisteminin inkişaf mərhələsində olan uşaqlarda güclü allergik reaksiyalara səbəb ola bilər.

Həkimlər darçının dərman vasitəsi olmadığını, diabeti müalicə etmədiyini və sürətli arıqlamağa zəmanət vermədiyini xüsusi olaraq qeyd edirlər. Yaşlı insanlar isə bu ədviyyatı qida rasionuna daxil etməzdən əvvəl ürək-damar və digər xroniki xəstəliklərini nəzərə almalıdırlar. Orqanizmin reaksiyasını diqqətlə izləmək və hər hansı tibbi məhdudiyyət olduqda həkimlə məsləhətləşmək tövsiyə olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: