Tanınmış müğənni Damla (Məsumə Məmmədova) son günlərdə başına gələn hadisələrlə bağlı danışıb. 

Minval.info xəbər verir ki, Damla “Hər şey daxil” verilişində haqqında çıxan iddialarla bağlı açıqlama verib. Müğənni ona qarşı kimlərinsə qara piar apardığını, müxtəlif vaxtlarda fərqli iddialarla adını ləkələmək istədiklərini bildirib:

“Bayağıdır, oxuya bilmir, zövqsüzdür, izləyiciləri saxtadır, narkotik alüdəçisidir, iş adamı ilə sevgilidir, başqasından övlad dünyaya gətirəcək… Bunlar işə yaramadı, gördülər ki, məni gözdən sala bilmirlər, indi də ən rəzil, ən iyrənc üsula əl atdılar. Bundan sonrası yoxdur, daha nə edəcəklər?”

Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə yayılan erotik görüntünün Damlaya aid olduğu iddia edilirdi. Hətta pornoqrafik saytlara bu videolar Damla adı ilə yüklənib.

Minval.info