Dambrauskas: 'Sabah' qol fürsətlərini dəyərləndirə biləcəkmi? – Hədəf revanş!
Valdas Dambrauskas, ‘Sabah’ futbol klubunun baş məşqçisi, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ‘Orhus’ ilə qarşılaşma öncəsi mətbuat konfransında çıxış edib. O, hər oyun daha çox qol vurmaq istədiklərini, lakin bəzən topun tora daxil olmadığını bildirib.
Minval.info xəbər verir ki, Dambrauskas, hava şəraitinin oyun üzərində təsirini şişirdilmiş bir faktor kimi qiymətləndirib. O, yalnız güclü küləyin təsir edə biləcəyini vurğulayıb və sabahkı oyunda yaradılan qol fürsətlərinin qolla nəticələnəcəyinə ümid etdiyini ifadə edib.
Xatırladaq ki, komandalar arasında Danimarkada keçirilən ilk oyun ‘Orhus’un 2:1 hesablı qələbəsi ilə başa çatıb. ‘Bank Respublika Arena’da baş tutacaq cavab matçı sabah saat 20:00-da başlayacaq.
ƏLAQƏLİ
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala yüksəldi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala yüksəldi
Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı
Emin Mahmudov milli karyerasını başa vurmaq qərarına gəlib
Neymardan Ronaldoya vida mesajı: Əfsanə!
Qadın hakimə qarşı seksist təhqirlər: İstintaq başladıldı
Batrakov: "Çox xoşbəxtəm"
İspan futbolçu Xesus de Migel qapıçı ilə toqquşmadan sonra vəfat edib