Daha 6 qazi son nəsil protezlərlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yuxarı ətrafları amputasiya olunmuş 6 qazini yüksək texnologiyalı protezlərlə təmin edib.
Minval.info APA-ya istinadən bildirir ki, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində İslandiyanın ÖSSUR şirkətinin nümayəndələri ilə birgə ilkin mərhələdə onlardan ölçülər götürülüb. Protezləşməyə hazırlıq mərhələsindən sonra bu gün onlara yüksək texnologiyalı protezlər təqdim olunub. Həmin 6 qazi bionik əllərlə təmin edilib. Eyni zamanda, yuxarı ətrafları amputasiya olunmuş daha 4 qazi son nəsil protezlərlə təmin edilmələri üçün hazırlıq mərhələsindədir, yaxın günlərdə onlara da həmin protezlər veriləcək. Protez-ortopedik sənaye sahəsində ən qabaqcıl texnologiyaya malik olan ÖSSUR şirkəti yuxarı ətrafları amputasiya olunmuş insanlar üçün yüksək funksionallıq və proqram təminatı ilə fərqlənən ən müasir bionik protezlərin istehsalını həyata keçirir. ÖSSUR Touch Bionics protezlərinin xüsusi proqram təminatı istifadəçinin sosial həyata daha tez və rahat inteqrasiyasına imkan yaradır. ÖSSUR i-Limb Ultra bioelektrik əl darağının 18 fərqli tutma variantı mövcuddur, komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir. Ümumilikdə, 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri də aparılır və artıq 149 qazi son nəsil protezlərlə təmin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq







