DƏHŞƏT! Naxçıvanda məktəb çökdü, ölənlər var - FOTO
Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.
“Minval.info” APA-ya istinadən xəbər verir ki, hadisə məktəbdə inşaat işləri aparılan zaman baş verib.
Hadisə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.
Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib.
Yaralı şəxs reanimasiyaya yerləşdirilib.
Qeyd edilib ki, ölənlər məktəbin inşaat işində çalışanlar olub.
***
Təhsil Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb:
“Məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.
Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər. Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Ramiz Mehdiyev bizi aldadıb” - Siyavuş Novruzov
Bakıda "ana" Uşaqlar Günündə körpəsini öldürüb zibilliyə atdı
Nazirlikdən pensiyalarla bağlı YENİLİK
"Whatsapp"dan daha bir yenilik
AzTV-də növbəti kadr təyinatları
Şamaxıda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var -FOTO
Tahir Kərimli: “Hər bir ailəyə 200 dollar pul verilsin”