COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq istifadəyə verilib

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “CheckApp” mobil tətbiqi istifadəyə verilib.
Agentlikdən Minval.info-ya bildirilib ki, tətbiq Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə yaradılıb.
“CheckApp” mobil tətbiqi vətəndaşların deyil, qurum və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub. Tətbiq vasitəsilə aidiyyati səlahiyyətli şəxs yaşı 18-dən yuxarı olan vətəndaşın ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən istifadə edə bilməsi üçün onun COVİD-19 pasportunu yoxlaya biləcək. Tətbiq üzərindən vətəndaşın COVİD-19 pasportu aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanıla bilər:
1. Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla;
2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;
3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;
4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.
COVID-19 pasportlarının yoxlanılması üçün “CheckApp” mobil tətbiqini icaze.e-gov.az portalından yükləmək və daha ətraflı təlimat videosunda tanış olmaq mümkündür: https://youtu.be/NPyyUzJFtSo
Vətəndaşlar isə COVID-19 pasportlarına “myGov” elektron hökumət portalı və ya mobil tətbiqi, eləcə də “e-TƏBİB” mobil tətbiqi və ya its.gov.az portalı üzərindən qeydiyyatdan keçməklə baxa bilər, ehtiyac olduqda çıxarış əldə edə bilərlər.
Qeyd edək ki, yoxlama zamanı COVİD-19 pasportunu elektron şəkildə təqdim edən vətəndaşlar pasportun yeni olmasına və ən son versiyanı təqdim etdiklərinə əmin olmalıdırlar. COVİD-19 pasportunu elektron şəkildə təqdim etməyə çətinlik çəkən vətəndaşlar şəxsiyyət vəsiqəsi məlumatlarını (FİN, vəsiqənin seriya nömrəsi, ad, soyad, ata adı, doğum ili) təqdim edə bilərlər.
COVID-19 pasportuna baxmaq və ya əldə etmək üçün “myGov” mobil tətbiqini aşağıdakı linklərdən yükləmək mümkündür:
ƏLAQƏLİ
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
● “Android”: https://play.google.com/store/apps/details?id=az.gov.my
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq