“COVID-19 həmişəlik bizimlə olacaq” - Millət vəkili
“Pandemiyanın bitdiyi bir çox kriterialar müəyyənləşdikdən sonra elan olunur. Hazırda pandemiyanın bitməsindən söhbət edə bilmərik”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov Bakupost.az-a deyib.
Bildirib ki, belə olan halda qapalı məkanlarda maskadan istifadə zərurəti var: “Azərbaycanda ümumi karantin rejimi saxlanılaraq sərt karantin rejimi ləğv olunub. Həmçinin karantin rejiminin çox böyük müddəaları ortan götürülüb. Lakin bəzi müddəalar var ki, onlar profilaktik xarakter daşıyır. Zaman keçdikcə COVID-19 pandemiyasını törədən virusların mutasiyaya uğrayaraq, müxtəlif formalara keçməsi və nəzəri-praktiki cəhətdən bunun klassik qrip virusu ailəsinə məxsus olaraq həmişəlik bizimlə olacağı şübhəsizdir.
Hesab edirəm ki, ölkədə sanitar-epidemioloji vəziyyət tamamilə norma daxilində və nəzarət altındadır. Yoluxma azalır, hətta bir neçə gündür ölüm sayı da artıq yoxdur. Olduqca müsbət tendensiyadır. Bu müsbət halı peyvəndlənmə siyasətinin nəticələri kimi də qiymətləndirmək olar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!
Qarışqa dərmanı Ağdamda qadını xəstəxanalıq etdi
Ağdamda qadın həşərat dərmanından zəhərləndi
Payızın xərçəngə qalxan olan 5 möcüzəvi qidası
Salyan xəstəxanasında pişik ov səhnəsi: Siçan hədəfdə!
İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verdi
Dünyanın ən uzun atı Hüqo lüks həyat yaşayır