Corcina Ronaldonun uşaqlarının rəsmi anası oldu
Ulduz futbolçu Kristiano Ronaldo və Corcina Rodrigezin ailəsində mühüm bir dəyişiklik baş verib. Corcina Rodrigez, Ronaldonun surroqat anadan doğulan üç övladını övladlığa götürərək onların qanuni anası olub.
Minval.info xəbər verir ki, bu addımla Corcina, Kristiano Ronaldo Jr., Eva Mariya və Mateo Ronaldonun rəsmi anası statusunu qazanıb. 2010-cu ildə dünyaya gələn Kristiano Ronaldo Jr. və 2017-ci ildə doğulan əkizlər Eva Mariya ilə Mateo uzun müddətdir Corcinanın himayəsində böyüyürlər. O, uşaqların həyatında ana fiquru kimi iştirak edib və onlarla yaxın münasibət qurub.
Corcinanın Ronaldo ilə münasibətindən iki qızı var. Alana 2017-ci ildə, Bella Esmeralda isə 2022-ci ildə dünyaya gəlib. Cütlüyün digər övladı, Bella Esmeraldanın əkiz qardaşı isə doğuş zamanı həyatını itirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək