ÇL: “Mançester Yunayted”dən fantastik geri dönüş - VİDEO
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində ilk oyun həftəsinə yekun vurulub. ONA-nın məlumatına görə, 1/4 finala daha iki vəsiqənin sahibi müəyyənləşib.
Günün maraqla gözlənilən qarşılaşması Parisdə keçirilib. İngiltərənin “Mançester Yunayted” klubu evdə 0:2 hesabı ilə uduzsa da, Fransada PSJ səddini keçmək uğrunda mübarizə aparıb.
Baş məşqçi dəyişikliyindən sonra yüksəlişdə olan Ole-Qunnar Sulşerin yetirmələri çətin görünən bu vəzifənin öhdəsindən gəlməyi bacarıblar. Heyətində ciddi itkilər olmasına baxmayaraq, 3:1 hesablı qələbə qazanan İngiltərə klubu 1/4 finala yüksəlib.
Digər qarşılaşmada isə mərhələ adlayan komandanın adına əlavə vaxtda aydınlıq gəlib. İtaliya paytaxtı Romada eyniadlı komandaya 1:2 hesabı ilə uduzan “Portu” əsas vaxtda bu məğlubiyyətin əvəzini çıxa bilib.
Əlavə vaxtın sonlarında daha bir qol vuran meydan sahibləri 1/4 finala yüksəliblər. Maraqlıdır ki, digər görüşdə olduğu kimi “Draqao” stadionunda da həlledici olan sonuncu qol penaltidən vurulub.
Qeyd edək ki, bir gün əvvəl Hollandiya “Ayaks”ı və İngiltərə “Tottenhem”i də 1/4 finala yüksəliblər. Sonuncular Almaniya təmsilçisi Dortmund “Borussiya”sını (3:0, 1:0), Amsterdam klubu isə İspaniya “Real”ını (1:2, 4:1) mübarizədən kənarlaşdırıb. 1/8 final mərhələsinə martın 13-14-də keçiriləcək 4 oyunla yekun vurulacaq.
Çempionlar Liqası
1/8 final
Cavab oyunları
6 mart
“Portu” (Portuqaliya) – “Roma” (İtaliya) – 3:1, əlavə vaxtda
Qollar: Tikinyo, 26, Mareqa, 53, Telles, 117 (pen.) – De Rossi, 37 (pen.)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Portu. “Draqao” stadionu
İlk oyun – 1:2
PSJ (Fransa) – “Mançester Yunayted” (İngiltərə) – 1:3
Qollar: Bernat, 12 – Lukaku, 2, 30, Reşford, 90+4 (pen.)
Baş hakim: Damir Skomina (Sloveniya)
Paris. “Park de Prens” stadionu
İlk oyun – 2:0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Millimizin qapıçısı Portuqaliya ilə matçın ən yaxşısı seçildi
Rusiya klubu “Neftçi”ni darmadağın etdi
İdmançılarımız Abu Dabidən qələbə ilə döndü
"Sabah" klubsuz futbolçu ilə müqavilə bağladı
Erməni idmançı azərbaycanlı ilə döyüşməkdən imtina etdi