29.08.2026 - 13:47
Maqazin 51 baxış

City Garden Narimanov: Rahatlıq və sərfəli mənzil şərtləri

Yeni mənzil alarkən yalnız yaxşı ev tapmaq deyil, həm də yaxşı ərazidə yerləşən ev seçmək vacibdir. Metroya, əsas yollara, məktəblərə və gündəlik ehtiyacları qarşılaya biləcək yerlərə yaxınlıq, həyatın rahatlığını artırır. ‘City Garden Narimanov’ bu üstünlükləri geniş yaşayış imkanları ilə birləşdirir.

Minval.info xəbər verir ki, Nərimanovda, Heydər Əliyev prospektinə və ‘N.Nərimanov’ metro stansiyasına yaxın yerləşən ‘City Garden Narimanov’ müxtəlif ehtiyaclara uyğun mənzil seçimləri təqdim edir. Burada studiya, 2, 3 və 4 otaqlı mənzillər, həmçinin müxtəlif sahələrdə və şəxsi bağçalı mənzil variantları mövcuddur.

Mənzillər premium təmirli və kommunal xidmətlərlə təchiz olunmuş şəkildə təhvil verilir. Təmir zamanı uzun müddət istifadə üçün seçilən Avropa brendlərinin məhsullarından istifadə olunur. Almaniya istehsalı ‘HARO’ parketləri, İtaliyanın ‘GEWISS’ elektrik açarları və ‘Prysmian’ yanmayan kabelləri, ‘Zambaiti Parati’ divar kağızları, Almaniyanın ‘GROHE’ hamam aksesuarları və İtaliyanın ‘Infinity’ keramoqranitləri mənzillərdə istifadə olunur.

Kompleksin üstünlüyü mənzillərin özü ilə bitmir. 17,4 hektar yaşıllıq ərazisi olan ‘City Garden Narimanov’da yeni açılacaq alış-veriş mərkəzi, fitness mərkəzi və sentyabrda fəaliyyətə başlayacaq ‘LANDAU’ School kimi imkanlar da nəzərdə tutulub. Beləliklə, sakinlər üçün alış-verişdən təhsilə və istirahətə qədər bir sıra gündəlik ehtiyacları yaşayış məkanına yaxın həll etmək mümkün olacaq.

Layihədə mənzil sahibi olmaq üçün 20 ilədək ipoteka və ya 36 ayadək daxili kredit imkanları təqdim olunur. Bundan əlavə, ‘Evini hissə-hissə al’ modeli ilə mənzilin kvadratmetrini faizsiz və aylıq öhdəliksiz şəkildə mərhələli almaq mümkündür. Nərimanovda investisiya etmək istəyənlər bu seçimə nəzər yetirə bilər.

‘City Garden Narimanov’da mövcud mənzil seçimləri və satış şərtləri haqqında ətraflı məlumat üçün *1544 nömrəsi ilə əlaqə saxlaya və ya satış ofisinə müraciət edə bilərsiniz.

Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: