Cinsiyyətini dəyişən arvadı ilə əsgər yoldaşı olub - Futbolçu ilə bağlı şok iddia
Cinsiyyətini dəyişərək qadın olan Selin Ciğerci və futbolçu həyat yoldaşı Gökhan Çıranın əsgər yoldaşı olması xəbərləri gündəmi zəbt edib.
Oxu.az xəbər verir ki, “Tuzlaspor”da oynayan Gökhan Çıra və “Qalatasaray”ın kapitanı arasında oyundan sonra yaranan dava qalmaqala səbəb olub.
Davadan sonra Selin ilə Gökhanın əsgərlik yoldaşı olması “Twitter”də gündəm olub. Ortaya atılan iddia qısa zaman ərzində trendə çevrilib. Bir çox izləyicilər məsələ ilə bağlı maraqlı paylaşımlar edib.
Həyat yoldaşı ilə “Twitter”də trend olan futbolçu onlar haqqında yazılanlara öz etirazını bildirib: “Heç vaxt məni həyat yoldaşımla vurmağa çalışmayın. Ölənə kimi onun arxasındayam. Onun haqqında mənə nəsə deyən olsa, cavabını alacaq. Ona daha artıq şeylər edəcəm. Hər kəsin də bunu bilməsini istəyirəm. Özünü kişi hesab edənlər sözlərini üzümə desin”.
Qeyd edək ki, bloqer oktyabrın 28-də futbolçu Gökhan Çıra ilə ailə həyatı qurub.
Selin toyda üç gəlinlik geyinib. Gəlinliklərdən birinin çəkisi 40 kiloqram olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək