14.08.2026 - 18:33
Lent 19 baxış

Cinlərin insanlara təsiri: Elm və Dinin toqquşması

Sosial mediada yayılan bir video, bir qızın cin təsirinə məruz qaldığı iddiasını irəli sürür. Videodakı qeyri-adi davranışlar istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.

Minval.info xəbər verir ki, dinşünas Tural İrfan bu mövzuda açıqlama verərək İslam dinində cinlərin mövcudluğunun qəbul edildiyini bildirib. O, cinlərin insan bədəninə daxil olması və fiziki təsir göstərməsi məsələsinin həm dini, həm də elmi baxımdan mübahisəli olduğunu vurğulayıb. İslam mənbələrinə görə, cinlər oddan yaradılıb və insanlar onları görə bilmir. Onlar da insanlar kimi müxtəlif inanclara sahib ola bilərlər, lakin cinlərin insan bədəninə fiziki müdaxilə etməsi ilə bağlı qəti sübut yoxdur.

Tural İrfan əlavə edib ki, keçmişdə tibbin və psixiatriyanın inkişaf etmədiyi dövrlərdə psixoloji problemlər yaşayan insanlar bəzən cin təsirinə məruz qalmış kimi qəbul edilirdi. Halbuki müasir dövrdə bu cür vəziyyətlərin çoxu elmi şəkildə izah oluna bilir. Bu səbəbdən, cinlərin mövcudluğunu dini inanc çərçivəsində qəbul etmək və onların insan bədəninə fiziki təsir göstərməsi iddiasını bir-birindən ayırmaq lazımdır.

Qeyd edək ki, Cin surəsi Quranın 72-ci surəsidir və Məkkədə nazil olub. Bu surə, adını ilk ayəsində adı çəkilən cinlərdən alır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: