Çingiz Hüseynzadə: "Bakıya gələn idmançılardan sağlamlıq haqqında arayış tələb edəcəyik"
“Beynəlxalq Olimpiya Komitəsinin dünən və bu gün iclası olub. Orada koronavirus məsələsinə də baxılıb. Tokio Yay Olimpiya Oyunları barədə təxirəsalma olmayacaq, olimpiadanın azarkeşsiz keçirilməsi nəzərdə tutulmur. Hər şey nəzarət altındadır. Olimpiada nəzərdə tutulmuş qaydada keçiriləcək. Heç bir dəyişiklik olmayacaq”.
“Report” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O, bir sıra yarışların təxirə salınmasının idmançıların hazırlıq planına təsir etməsinə də münasibət bildirib: “Belə məsələlər idmançılara təsir edəcək. Bu, nə bizdən, nə də başqa şəxslərdən asılıdır. Ona görə də yarışlardan hansısa təxirə salına və ya daha təhlükəsiz yerlərə keçirilə bilər. Amma bunların hamısı baş tutacaq. Nəzərdə tutulmuş bütün tədbirlər keçiriləcək”.
MOK rəsmisi koronavirusun geniş yayıldığı İtaliyanın idmançılarının martda Bakıda keçiriləcək karate üzrə Avropa çempionatında iştirakı barədə də fikirlərini bölüşüb: “Bakıya gələn hər bir insan yoxlanılacaq. Hər bir insandan tələb edəcəyik ki, sağlamlıq haqqında arayışla gəlsinlər. Sərhəddə hamı yoxlanılacaq. Bu idmançı sağlamdırsa, yarışa qatılacaq. Sağlam deyilsə, hansısa şübhəli məqam varsa, ya geri qaytarılacaq, ya da karantində saxlanılacaq. Bu bizim istəyimiz deyil, Dünya Səhiyyə Təşkilatının tələbidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qurban Qurbanov: "Çox ciddi rəqiblə qarşılaşacağıq"
Azərbaycan Premyer Liqası: XIII turun hakimləri açıqlanıb
US Open: Xuan Martin del Potro, yoxsa Novak Cokoviç?
1xGames bölməsində yeniliklərdən zövq alaraq, unikal bir təcrübə əldə edin
Messi sensasion məğlubiyyətin səbəblərindən danışdı: "Bu, yanlış idi..."
Daha bir İngiltərə klubunu ərəblər alır