Çində yeni maglev qatarı: 5 saniyədə saatda 800 km sürət!
Çində yeni bir eksperimental maglev qatarı, sıfırdan saatda 800 kilometr sürətə yalnız 5,3 saniyədə çataraq diqqət mərkəzinə çevrilib.
Minval.info xəbər verir ki, bu sürətli qatar Hubei əyalətində yerləşən 1 kilometrlik sınaq xəttində test edilib və “East Lake Yüksək Sürətli Dəmiryolu Laboratoriyası” tərəfindən hazırlanıb.
Qatarın bu yüksək sürətə çatmasını təmin edən texnologiya maqnit qaldırma və elektromaqnit itələmə sistemlərinə əsaslanır. Bu texnologiya qatarın relslərlə fiziki təmasını aradan qaldıraraq sürtünməni minimuma endirir və beləliklə sürət artımını sürətləndirir.
Uzunmüddətli məqsəd isə saatda 1000 kilometr sürətə çata bilən maglev sistemlərinin inkişaf etdirilməsidir. Gələcəkdə bu texnologiyanın yalnız sərnişin daşımalarında deyil, həm də kosmik aparat və peyklərin buraxılması üçün elektromaqnit sistemlərində istifadəsi planlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır