Çin elektrik avtomobilləri üçün batareya istehsalında dünya lideridir
Çində elektrik enerjisi ilə çalışan avtomobillər (EV) üçün istehsal olunmuş akkumulyator batareyalarının ümumi gücü 531,9 giqavat/saata çatıb. Çin bu göstəriciyə görə dünya liderdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin hesabatında qeyd olunub. Çinin İbin şəhərində keçirilən EV batareyası konfransında açıqlanan hesabatda vurğulanır ki, akkumulyator batareyaları sənayesinin inkişafı və texnoloji tərəqqisi üzrə qlobal indeksin üç lideri Çin, Cənubi Koreya və Yaponiya şirkətləridir.
ƏLAQƏLİ
Yeni iphone modeli təqdim olunmadan sirri açıldı: Qoruyucu üzlükdən ipucları!
Son vaxtlar elektrik enerjisi ilə işləyən avtomobillərə marağın çoxalması bu tip avtomobillərin istehsalı ilə paralel akkumulyator batareyalarının istehsalının çoxalmasına müsbət təsir edib. Bu sahə üzrə dünyada mövcud standartların 40 faizi Çinə məxsusdur.
Qeyd edək ki, ötən il dünyada elektrik enerjisi ilə çalışan avtomobillər üçün istehsal olunmuş akkumulyator batareyalarının ümumi gücü 295,9 giqavat/saata çatıb. Onun 154,5 giqavat/saatı Çinin payına düşüb. Dünyada ən çox akkumulyator batareyaları istehsal edən 10 şirkətdən 6-sı Çindədir. Onlar bazarın 48 faizinə nəzarət edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların təhlükəsizliyi üçün yeni tələblər gündəmdə
OpenAI-nin yeni "astra" modeli: Təhlükəmi, yoxsa irəliləyiş?
Apple Telegram-ı App Store-dan sildi – Səbəb açıqlandı
Bakıda iPhone 17 qiymətləri niyə yüksəkdir?
Çində süni intellekt texnologiyasında mühüm irəliləyiş