Çimərlikdə gizli təhlükə: Çirkli dəniz suyu uşaqlar üçün risk yaradır
Yay aylarının isti havası ilə birlikdə çox sayda insan, xüsusilə də uşaqlı ailələr, sərinlənmək üçün çimərliklərə üz tutur. Lakin hər çimərlik sağlamlıq baxımından təhlükəsiz olmaya bilər. Bəzi bölgələrdə dəniz suyunun çirklənməsi ilə bağlı müvafiq qurumlar tez-tez xəbərdarlıqlar edir və bu ərazilərdən uzaq durmağı tövsiyə edirlər. Çünki çirkli dəniz suyu həm uşaqlar, həm də böyüklər üçün ciddi sağlamlıq riskləri yarada bilər.
Minval.info xəbər verir ki, son günlərdə həkimlər sosial şəbəkələrdə infeksiyalara yoluxmuş uşaqların sayında artım olduğunu bildirirlər. Bu artımın yay mövsümünün isti hava şəraiti ilə yanaşı, çirkli sularda çimməklə də əlaqəli ola biləcəyi vurğulanır.
Çirkli dəniz suyu müxtəlif infeksiyaların yayılmasına səbəb ola bilər. Həkim-pediatr Vaqif Qarayev, virus və bakteriyalarla çirklənmiş dəniz suyunun ciddi yoluxmalara səbəb ola biləcəyini qeyd edir. “Çirkli dəniz suyunda rotaviruslar və bağırsaq infeksiyaları törədən bakteriyalar mövcuddur. Bu yerlərdə yoluxma halları qaçılmazdır. Yoluxan uşaqlarda qusma, ishal və yüksək temperatur kimi əlamətlər müşahidə olunur. Bu simptomların səbəbinin virus və ya bakteriya olduğunu həkim müəyyən etməlidir. Valideynlər dərhal həkimə müraciət etməlidir, çünki qusma və ishal nəticəsində uşaqlar maye itirir və bu, ciddi fəsadlara səbəb ola bilər,” deyə həkim xəbərdarlıq edir.
ƏLAQƏLİ
İlduzə hacıyevanın məhkəmə prosesi: Yeni şahidlər və ekspertizalar işin gedişatını dəyişə bilərmi?
Bəzi insanlar xəbərdarlıqlara məhəl qoymur və çirkli dəniz sularında çimməyə davam edirlər. Həkimlər insanları bu ərazilərdən uzaq durmağa çağırır və aidiyyəti qurumların açıqlamalarına diqqət yetirməyin vacibliyini vurğulayırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yayda ağıllı saat taxmaq təhlükəli ola bilər: Dərinizə diqqət yetirin!
Zaqatalada daşlı dava: Şəxsi mübahisə xəstəxanada bitdi
Lənkəran səhiyyəsində dəyişiklik: Nuridə məmmədova vəzifədən niyə ayrıldı?
Namidə İsayevaya yeni vəzifə verildi