CHP sədr müavini qadına şiddət göstərdi
CHP sədr müavini Berhan Şimşək, birlikdə yaşadığı Özlem Şanverə qarşı şiddət tətbiq etdiyi anlar kameralara əks olunub. Hadisə zamanı Şimşəyin Şanverin ayağına təpik vurduğu və qadının ağrı içində qışqırdığı görünür. Daha sonra Şimşək, Şanveri zorla evə salmağa çalışarkən, qadının müqavimət göstərdiyi müşahidə edilib.
Minval.info xəbər verir ki, Özlem Şanver daha əvvəl məhkəməyə müraciət edərək, Berhan Şimşək tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığını bildirib. O, döyülmə, təhqir, təhdid və evdən çıxmasına mane olunması ilə bağlı şikayət edib. Şanverin döyüldüyünü təsdiqləyən tibbi arayış da məhkəmə işinə əlavə olunub.
Məhkəmə, Berhan Şimşək barəsində Özlem Şanverə yaxınlaşmamaq və onunla əlaqə saxlamamaq barədə qərar qəbul edib. Tədbirlərin müddəti daha sonra uzadılıb.
Qeyd edək ki, “Cümhuriyyət Xalq Partiyası”nın (türk. Cumhuriyet Halk Partisi) sədri Kamal Kılıçdaroğludur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nərimanovda metroya yaxın mənzil fürsətləri
Qaxda fındıq böhranı: Məhsul əllərdə qaldı
Dağ çaylarında sel təhlükəsi: Leysan və dolu gəlir!
Füzulidə yanacaqdoldurma məntəqəsi bağlandı: Təhlükə aşkarlandı
Yaşlılar üçün yuxunu yaxşılaşdıran işıq terapiyası
Bağçada şiddət iddiası: Valideyn və müəssisə üz-üzə
Windows 11 yeniliyi oyunları yavaşlada bilər