Ceyhun Bayramov: "Azərbaycan, Türkiyə və Qazaxıstan Orta Dəhlizin inkişaf etdirilməsində maraqlıdır"
“Azərbaycan, Türkiyə və Qazaxıstan Orta Dəhlizin inkişaf etdirilməsində maraqlıdır”.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bu toplantının keçirilməsi olduqca əhəmiyyətlidir:
“Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda çox faydalı əməkdaşlıq mövcuddur. Mehriban qonşuluq, strateji tərəfdaşlıq, qardaşlıq münasibətləri mövcuddur.
İlk dəfə olaraq belə üçtərəfli formatda görüş keçirilir və bu görüşdə daha çox xüsusi olaraq regional məsələlərlə bağlı faydalı fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı nəqliyyat və bağlantılarla bağlı fikir mübadiləsinin aparılmasını vacib hesab edirik. Müzakirələr zamanı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsinə, bu istiqamətdə mövcud olan yük daşımalarına diqqət yetirdik. Mövcud olan problemlər, dar boğazların aradan qaldırılması istiqamətində bu coğrafiyada nəqliyyat və kommunikasiya əməkdaşlığımızın genişləndirilməsi istiqamətlərinə xüsusi nəzər saldıqsa, digər tərəfdən müzakirə mövzusunda çox maraqlı yeni dəyərli fikirlər və təkliflər səsləndirilib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir
