Çempionlar Liqası: "Yuventus" səfərdə, "Sevilya" evdə
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Minval.info xəbər verir ki, hər iki qarşılaşma eyni saatda start götürəcək.
İtaliyanın “Yuventus” klubu Portuqaliyada “Portu” ilə qarşılaşacaq. Qonaqların heyətində Xuan Kuadrado və Arturla yanaşı, Leonardo Bonucci və Paulo Dibala da zədəli olduqları üçün oynaya bilməyəcək. Meydan sahiblərindən isə Məhəmməd Mbaye və Nanu eyni səbəbdən matçı buraxacaq.
Gecənin digər görüşü İspaniyada baş tutacaq. Almaniyanın “Borussiya” (Dortmund) komandası Avropa Liqasının son qalibi “Sevilya”nın qonağı olacaq. Vacib oyun öncəsi Dortmund təmsilçisində Lukaş Pişşek və Dan-Aksel Zaqadu meydana çıxa bilməyəcək. La Liqa komandasında isə Markos Akunya və Lukas Okampos forma geyinməyəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab matçları martın 9-da keçiriləcək.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
1/8 final mərhələsinin ilk oyun günündə Fransa PSJ-si səfərdə İspaniya “Barselona”sını 4:1, İngiltərə “Liverpul”u isə Almaniya “Leyptsiq”ini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Çempionlar Liqası
1/8 final
İlk oyunlar
17 fevral
00.00 Portu (Portuqaliya) – Yuventus (İtaliya)
00.00 Sevilya (İspaniya) – Borussiya (Dortmund, Almaniya)
UEFA Çempionlar Liqası
00:00 Porto – Juventus CBC Sport, Match! TV
00:00 Sevilla – Borussia Dortmund Match! Futbol 1
İngiltərə Premyer Liqası
22:00 Burnley – Fulham Idman TV
00:15 Everton – Manchester City Idman TV
İspaniya La Liqası
22:00 Levante – Atletico Madrid CBC Sport
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək