UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

İnterAz-ın məlumatına görə, bu gecə İspaniya və Almaniyada iki görüş keçirilib. Madriddəki “Vanda Metropolitano” stadionunda “Atletiko” turnirin son qalibi İngiltərə “Liverpul”unu qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 4-cü dəqiqədə Saul Nyiges vurub.

Dortmunddakı “Siqnal İduna Park”da isə “Borussiya” ilə Fransa PSJ-si üz-üzə gəlib. Görüşün ilk yarısında hesab açılmayıb. Qollar isə ikinci hissənin sonlarına doğru vurulub. 68-ci dəqiqədə meydan sahiblərindən Erlinq Holann hesabı açıb. 76-cı dəqiqədə Neymar bərabərlik qolunu vursa da, 78-ci dəqiqədə Holann yenidən fərqlənərək, yekun nəticəni müəyyənləşdirib – 2:1.

Qeyd edək ki, cavab qarşılaşmaları martın 11-də keçiriləcək.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

24:00. “Atletiko” (Madrid, İspaniya) – “Liverpul” (İngiltərə) – 1:0 (İkinci hissə)

Qol: Saul Nyiges, 4

Baş hakim: Şimon Marçinyak (Polşa)

Madrid, “Vanda Metropolitano”

24:00. “Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa) – 2:1 (İkinci hissə)

Qollar: Erlinq Holann, 68; 78 – Neymar, 76

Baş hakim: Mateo Laos (İspaniya)

Dortmund, “Siqnal İduna Park”