Cem Yılmaz səhhətindən xəbər verdi: Vəziyyəti yaxşıdır
Məşhur türkiyəli komediyaçı və aktyor Cem Yılmaz, xəstəxanaya yerləşdirilməsindən sonra səhhəti ilə bağlı açıqlama verib. O, sosial media hesabında paylaşdığı foto ilə vəziyyətinin yaxşı olduğunu bildirib. Cem Yılmaz, “Gora” filminin çəkilişləri başa çatdıqdan sonra özünü yorğun hiss etməyə başladığını qeyd edib. Çəkilişlər zamanı yorğunluq hiss etməsə də, iş bitdikdən sonra bədənində ağrılar yaranıb.
Minval.info xəbər verir ki, aktyor sinə və kürək nahiyəsində güclü ağrılar hiss etdiyi üçün xəstəxanaya müraciət edib. O, evə gedib dincəlməyi seçsəydi, vəziyyətinin daha ciddi ola biləcəyini vurğulayıb. Cem Yılmaz, onun səhhəti ilə maraqlanan, zəng edən və xəstəxanaya baş çəkən hər kəsə təşəkkür edib. Türkiyənin səhiyyə naziri tərəfindən də ona keçmiş olsun mesajı göndərildiyini qeyd edib. Sənətçi, həkimlərin ona stressdən uzaq durmağı tövsiyə etdiyini bildirib. Yılmaz, paylaşımının sonunda onu düşünən hər kəsə təşəkkür edərək sağlamlıq arzulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım