Çelsi rekord qırdı: Morqan rocers üçün tarixdə ən böyük məbləğ ödənildi
Futbol dünyasında yay transfer pəncərəsi, meydanda baş verənlərdən daha çox diqqət çəkən bir dövr olaraq qalır. Bu müddət ərzində milyonlarla avroluq müqavilələr imzalanır və yeni xəbərlər gündəmi zəbt edir.
Minval.info xəbər verir ki, 2026/27 mövsümünün yay transfer dönəmi də bu baxımdan fərqlənmir. Transfer pəncərəsi hələ açıq olsa da, artıq bir neçə böyük keçid baş tutub və bəzi klublar rekord məbləğlər xərcləyib.
İngiltərə Premyer Liqası klubları, transfer bazarında yenə də əsas söz sahibidir. Bu mövsümün ən bahalı transferi “Çelsi”nin “Aston Villa”dan 23 yaşlı Morqan Rocersi 138 milyon avroya transfer etməsi ilə reallaşıb. Bu, bir ingilis futbolçu üçün ödənilən ən yüksək məbləğdir. “Mançester Siti” isə “Nottinqem Forest”dən Elliot Andersonu 135 milyon avroya transfer edərək ikinci sırada yer alıb. İlk üçlüyü “Tottenhem”in “Nyukasl”dan Sandro Tonalini 108 milyon avroya transfer etməsi tamamlayır.
İngiltərə klublarının üstünlüyü ilə yanaşı, “Barselona” “Nyukasl”dan Entoni Qordonu 80 milyon avroya transfer edərək La Liqanı ilk “10-luq”da təmsil edən yeganə klub olub. “Milan” isə PSJ-dən Qonsalu Ramuşu 74 milyon avroya heyətinə qatıb. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu isə Niderland millisinin üzvü Krisensio Sammervili “Fulhem”dən 64.5 milyon avroya transfer edib.
İspaniyada isə “Real Madrid” transfer bazarında aktivlik göstərir. Klub, ötən mövsümün uğursuzluqlarından sonra Joze Mourinyonu yenidən baş məşqçi təyin edib və transfer bazarında ciddi addımlar atmağa başlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək