"Çelsi"nin müdafiəçisi: "Bakıdakı finala adi oyun kimi yanaşa bilmərik"
“Bu, derbi və finaldır. Ona görə də qarşılaşmaya adi oyun kimi yanaşa bilmərik”.
“Report” xəbər verir ki, bunu İngiltərənin “Çelsi” klubunun futbolçusu Emerson Palmeri Bakıda “Arsenal”a qarşı keçirəcəkləri Avropa Liqasının final matçı barədə klubun rəsmi saytına açıqlamasında deyib.
25 yaşlı müdafiəçinin fikrincə, “topçular” ilk dəqiqələrdən çox aqressiv oyun sərgiləyəcək. Braziliyalı oyunçu bunu rəqib komandanın Premyer Liqada Çempionlar Liqasına vəsiqə verən ilk “dördlüy”ə düşməməsi ilə əlaqələndirib: “Biz isə Çempionlar Liqasına vəsiqə qazanmışıq. Bu mövsüm Avropa Liqasını qazanmaq arzumuz reallığa çevrilə bilər. Ümidvarıq ki, bunu edə biləcəyik. Bu, şəxsən mənim üçün çox xoş olardı. Bir çox görüşün iştirakçısı olmuşam. Belə turnirlərdə özünü vacib oyunçu kimi hiss edirsən”.
Emerson Çexiyanın “Slaviya” və Almaniyanın “Ayntraxt” (Frankfurt) klubları ilə qarşılaşmaları “Çelsi” üçün kulminasiya nöqtələri adlandırıb: “1/4 final və yarımfinal görüşlərindəki çətin qələbələr bizə finala yaxşı hazırlaşmaqda kömək edib. Amma final matçı bu mövsüm keçirdiyimiz heç bir oyunla müqayisəyə gəlməz. Ümidvaram ki, kuboku özüm, komanda yoldaşlarım, klubum və azarkeşlərimiz üçün Londona gətirəcəyik”.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlanacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi