"Çelsi"nin avrokuboklarda ilk böyükhesablı ev məğlubiyyəti
İngiltərənin “Çelsi” klubu Avropa kubokları tarixində ilk böyük hesablı ev məğlubiyyəti ilə üzləşib – 0:3.
“Report”un məlumatına görə, bu, Londondakı “Stemford Bric” stadionunda Almaniya “Bavariya”sı ilə UEFA Çempionlar Liqasının 1/8 final matçına təsadüf edib. “Zadəganlar” həm də doğma meydanda Almaniya komandaları ilə qarşılaşmalarda ilk dəfə darmadağın olublar.
Frenk Lempardın baş məşqçi olduğu kollektiv üçün daha bir üzücü statistika cari mövsümdə “Stemford Bric”dəki oyunlarından 8-də uduzmasıdır. Bu, paytaxt komandasının 1985/1986 mövsümündən sonra ən zəif göstəricisidir.
Qeyd edək ki, “Bavariya” və “Çelsi” arasında cavab görüşü martın 18-də Münhendəki “Alyans Arena” stadionunda olacaq. “Zadəganlar” növbəti ev oyununu isə martın 3-də “Liverpul”a qarşı keçirəcəklər. Bu, İngiltərə Kubokunun 1/16 final matçına təsadüf edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək