Ceki Çan Bakıda: 'Tanrının zirehləri 4' filminin çəkilişləri paytaxtda baş tutdu
Məşhur aktyor Ceki Çanın baş rolda iştirak etdiyi ‘Tanrının zirehləri 4: Ultimatum’ filminin bəzi səhnələri Bakıda çəkilir. Film Çin-Qazaxıstan ortaq istehsalıdır və çəkilişlər 2026-cı ilin iyulunda Qazaxıstanda başlamışdır.
Minval.info xəbər verir ki, avqustun əvvəlindən etibarən filmin bəzi hissələri İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl Teatr və Fəvvarələr meydanı kimi Bakının məşhur məkanlarında lentə alınır.
Filmdə Ceki Çan, məşhur ‘Asiya Şahini’ obrazını canlandıraraq, 20 milyon dollar mükafat vəd edilən ‘Tumar’ adlı qədim artefaktın axtarışına çıxan xəzinə ovçusu rolunu oynayır. Rejissorluğunu qazaxıstanlı Robert Kundurun etdiyi filmin çəkilişlərində Ceki Çanın kaskadyor komandası da iştirak edir.
Bakıda çəkilişlərin 10 gün davam etməsi və avqustun 15-də tamamlanması gözlənilir. Filmin 2027-ci ilin ikinci rübündə tamaşaçılarla görüşməsi planlaşdırılır. İstehsalını Honq-Konqun Billion Target və Qazaxıstanın Salem Entertainment studiyaları həyata keçirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!