10.09.2019 - 14:15
Siyasət
26 baxış
Çavuşoğlu: “Təhlükəsiz bölgə ilə bağlı ABŞ-ın addımları görüntü xarakteri daşıyır”
“Təhlükəsiz bölgə məsələsində ABŞ tərəfindən atılan addımlar görüntü xarakteri daşıyır. ABŞ prosesi ləngitməyə davam etsə, Türkiyə bölgəyə girmək məcburiyyətində qalacaq”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün monteneqrolu həmkarı Srdjan Darmanoviçlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, sərhədlərini terrorçulardan mühafizə etmək Türkiyənin borcudur.
Qeyd edək ki, ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəddə təhlükəsiz bölgə ilə bağlı şərtlərinin qəbul olunmayacağı təqdirdə, Türkiyənin qaçqınlara Avropanın qapılarını açacağını bəyan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
19.10.2026 - 17:04
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
19.10.2026 - 16:54
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
15.10.2026 - 01:46
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
15.10.2026 - 01:42
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
12.10.2026 - 17:44
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
12.10.2026 - 17:34
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
12.10.2026 - 14:04