Cavuşoğlu: “S-400-lə bağlı Rusiyaya digər sifarişlər üçün müzakirələr aparılır”
“Yalnız S-400 mövzusu deyil, başqa məsələlərdə də zorla, birtərəfli qəbuletdirmə yolu ilə problem həllini tapa bilməz”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Haber-Türk”ə müsahibəsində bildirib.
Cavuşoğlu deyib ki, ABŞ-Türkiyə münasibətlərində hər iki tərəfin mənafe və prinsiplərini qoruyacaq həll yolunun tapılması vacibdir: “Bizim havadan müdafiə sisteminə yenə ehtiyacımız var, ABŞ satmayacaqsa, biz bu ehtiyacımızı bir şəkildə qarşılayacağıq. S-400-ü nə səbəbə aldığımızı bilirlər. Hər iki tərəfin də həllini tapa bildiyi bir yol lazımdır. “Digər ölkə ilə münasibətlərini poz, mənim dediyim et”, belə bir tələb olmaz. Sizdən alacağıqsa, qiymət və şərtlər bizim tələblərimizə uyğun olmalıdır. Odur ki, bundan sonrakı yol xəritəsi məsələsində də ABŞ da ortaq həll yolunu tapmalıdır”.
Cavuşoğlu deyib ki, Türkiyənin Rusiyadan yenə də S-400 alması ilə bağlı müzakirələr gedir. İstər ABŞ, istərsə də Rusiya ilə münasibətlərində diplomatik prinsiplərini dəyişməyəcəyini bildirən nazir “Türkiyə ilə ABŞ regional məsələlərdə xüsusilə əməkdaşlıq edə biləcək iki ölkədir” deyib: “ABŞ S-400-ə köklənmək əvəzinə bunun formulunu axtarsa, münasibətlərimizə daha geniş şəkildə baxsa, PKK-ya dəstək vermək məcburiyyətində də qalmaz. ABŞ-la fikir ayrılıqlarımız var, amma NATO-da müttəfiqik. Başqa sahələrdə də ABŞ-la əməkdaşlıq edirik, Rusiya ilə də əməkdaşlığımız davam edir. Biz yeri gəlsə, fikir ayrılığında da ola bilərik, amma münasibətlərimizi əməkdaşlığa çevirə də bilirik. Qarabağ mövzusunda müttəfiqik, Suriya ilə Liviya ilə bağlı xeyli fəaliyyətlərimiz var. Amma Krım mövzusuna nə qədər həssas olduğumuzu Rusiyaya hər zaman bildiririk, biz Krımın işğalını tanımırıq və Qara dənizdə də münaqişə əleyhinəyik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir