Cavan Zeynallı Aybəniz Haşımovanı "paxıl" adlandırdı
“Fərid Məmmədov Aybəniz Haşımovanın ansamblında uşaq vaxtı oxuyurdu. Amma böyüyəndə universitetdə mənim tələbəm idi. Bizim ifaçılarda qısqanclıq var”.
Bu sözləri Xalq artisti Cavan Zeynallı lent.az-ın canlı yayımında deyib. Cazmen Əməkdar artist Aybəniz Haşımovanı “paxıl” adlandırıb. O bildirib ki, “Eurovision” təmsilçimiz olan Fərid Məmmədovla bağlı açıqlama verib:
“Yalçın Rzazadə deyirdi ki, indi sənin adın yüksələcək, tələbən müsabiqədə ikinci yeri tutdu. Aybəniz Haşımova onu öyrətmişdi ki, “Eurovision”a gedəndə, demə tələbəsən. Qorxurdu ki, Fərid mənim tələbəm olduğunu deyər. Qorxutmuşdu ki, bilsələr, sənə 31-ci yeri verəcəklər. Belə etmişdi ki, Fərid mənim adımı çəkməsin. Nə edirəm mən “Eurovision”ı? Mənim heç xoşuma gəlmir həmin müsabiqə, baxmıram. Bu şeyləri çox keçmişəm. Mənim fəxri adlarım var, İsveçrədə adımın çəkilməsi lazımd eyil.
Bizim sənətçilər qısqancdır. Pis şeydir, özünə pis edirsən. Birinə gül verəndə, paxıllıq çəkirlər. Bu şeyləri çox keçmişəm”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək