"Cavan" TV fəaliyyətini dayandırıb
Bir müddət öncə gənc komanda ilə fəaliyyətə başalayan “Cavan” TV-nin fəaliyyəti dayandırılıb.
Minval.İnfo xəbər verir ki, buna səbəb internet televiziyanın “YouTube” hesabının qapanmasıdır. Belə ki, bütün veriliş, müsahibə və sorğuları “YouTube” video platforması üzərindən yayımlayan “CVN” TV müəllif hüquqlarını tapdadığı üçün “Google” tərəfindən blok edilib, rəsmi hesab qapadılıb.
100 mindən çox abunəsi olan, hər gün daha da populyarlaşan kanalın qapanması izləyiciləri də narahat edib. Kanaldan isə bununla bağlı hər hansı bir açıqlama verilməyib.
ƏLAQƏLİ
Xəzər sahilində Yunanıstan ab-havalı yeni məkan – “Santorini” restoranı fəaliyyətə başladı VİDEO
Artıq 10 günə yaxındır ki, fəaliyyəti dayanan internet tv-nin bundan sonrakı vəziyyəti bəlli deyil.
Məhəmməd Türkmən
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
Ukraynanın yeni hədəfi Rusiyanın onlayn ticarət sektoru ola bilər
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür