29.08.2019 - 12:20
İranın xarici işlər naziri istefa verib
Siyasət 4 baxış

Cavad Zərif: "ABŞ danışıqlar istəyirsə, İrana qarşı iqtisadi terrorizmə son qoysun"

İranın xarici işlər naziri istefa verib“Əgər ABŞ danışıqlar istəyirsə, İrana qarşı iqtisadi terrorizmə son qoysun”. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif  jurnalistlərə açıqlamaısnda deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar İran xalqı əleyhinə iqtisadi müharibə aparır: “ABŞ İrana qarşı iqtisadi müharibəni və terroru dayandırana qədər bu ölkə ilə əməkdaşlıq edə bilmərik”.

C.Zərif deyib ki, İran ABŞ rəsmilərinin yalnız görüş xətrinə hansısa iclası keçirməsini istəmir: “Bİz istəyirik ki, görüşək və danışıq aparaq. Amma bir şərtlə ki, bu görüşlərin və danışıqların nəticəsi olsun”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: