Cavad mircavadovun məzarının acınacaqlı vəziyyəti: Mədəniyyət nazirliyi hərəkətə keçir
Görkəmli rəssam və Əməkdar incəsənət xadimi Cavad Mircavadovun məzarının baxımsız vəziyyətdə olması ilə bağlı sosial mediada yayılan görüntülər narahatlıq yaradıb.
Minval.info xəbər verir ki, yazıçı Ülviyyə Heydərova bu məsələ ilə bağlı paylaşım edərək aidiyyəti qurumlara müraciət edib. O, Mircavadovun məzarının nəzarətə götürülməsi və bərpa olunmasını xahiş edib. Heydərova, rəssamın ailəsinin olmadığını və onun yeganə oğlunun Danimarkada yaşadığını qeyd edərək, milli və mənəvi dəyərlərə sahib çıxmağın vacibliyini vurğulayıb.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Cavad Mircavadovun məzarının vəziyyəti diqqətə alınıb. Nazirlik, aidiyyəti qurumlarla birlikdə məzarın mövcud vəziyyətini nəzərdən keçirəcək və zəruri tədbirlərin görülməsi üçün imkanları qiymətləndirəcək. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır