Canni İnfantino yenidən FİFA prezidenti seçilib
FİFA-nın prezidenti Canni İnfantino növbəti dörd ildə də quruma rəhbərlik edəcək.
APA-nın məlumatına görə, o, qurumun Fransanın paytaxtı Parisdə keçirilən Konqresində növbəti dəfə prezident seçilib.
2016-cı ilin fevralından FİFA-ya rəhbərlik edən isveçrəli funksioner seçkilərdən sonra postunda qalıb. 49 yaşlı C.İnfantino yeganə namizəd olub.
FİFA prezidenti yenidən bu vəzifəyə seçildikdən sonra ailə üzvlərinə, dostlarına, onu sevənlərə və nifrət edənlərə minnətdarlıq edib: “Bu gün hamınızı sevirəm. Şuranın üzvlərinə, vitse-prezidentlərə əfsanələrə təşəkkür edirəm. FİFA-da çalışmaq böyük şərəfdir. Futbolu sevməyə və sizinlə birlikdə futbol üçün çalışmağa davam edəcəyəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi