“Çalışırıq ki, futbolçularımızı boş buraxmayaq” - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və klubun futbolçuları Ağdama səfər edib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, “Qarabağ” klubunun nümayəndə heyətinin rayona səfərinin məqsədi koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə karantin rejimində yaşayan ailələrlə görüşmək olub.
Nümayəndə heyəti 1500 ailəyə ərzaq bağlaması çatdırıb.
Q. Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, komanda heyəti ilə mütəmadi əlaqə saxlayır: “Futbolçular hamısı öz evindədir. Biz onlarla tez-tez əlaqə saxlayır, görüntülü danışırıq. Bəzən isə görüntülü məşqlər edirik. Çalışırıq ki, futbolçularımızı boş buraxmayaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək