"Cənab prezident, şəkil bulanıq düşüb, yenidən çəkdirək?" - Video
Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.
Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, İlham Əliyev və Mehriban Əliyeva ağacəkmə aksiyasının iştirakçıları ilə görüşüb söhbət ediblər. Bundan başqa, həm ölkə başçısı, həm də Birinci vitse-prezident gənclərlə şəkil çəkdiriblər.
Bu zaman gənclərdən biri Prezidentə şəkillə bağlı müraciəti ilə diqqət çəkib. Belə ki, o, İlham Əliyevə dövlət başçısı ilə çəkdirdiyi şəklin yaxşı düşmədiyini deyib və yenidən foto çəkdirməyi xahiş edib. Bu zaman Prezident gəncin xahişinə müsbət cavab verib. Ölkə başçısı şəkil çəkiləndən sonra gəncdən yaxşı düşüb-düşməməsini yoxlamasını istəyib.
Həmin anın videosunu təqdim edirik:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı