04.03.2019 - 18:01
Siyasət 1 baxış

Buxarestdə "Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu"na dair birgə bəyannamə imzalanıb

Buxarestdə “Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu”na dair Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirləri birgə bəyannamə imzalayıb. ONA “Agerpres.ro”ya istinadən xəbər verir ki, bəyannamədə layihənin tez bir zamanda başlanmasına dair tərəflərin üzərilərinə öhdəlik götürməsi vurğulanır. Qeyd olunur ki, hər 4 dövlətin müvafiq nazirlik və dövlət agentlikləri bütün texniki məsələlərin həlli üçün ekspert qrupu yaradacaq.

İclasda xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: