Bütün Qarabağda teleradio yayımına başlanacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi işğaldan azad olunan ərazilərimizdə teleradio yayımını bərpa edəcək.
Bu barədə Nazirlikdən məlumat verilib.
Məlumata görə, qurumun mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə radio və televiziya yayımı xidmətlərinin qısa müddətdə tam bərpa olunması məqsədi ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində işlər aparırlar.
Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən mövcud Radio-Televiziya Yayım Stansiyasının texniki binasını və stansiyadakı avadanlıqları ermənilər tamamilə dağıdıb, bəziləri isə demontaj olunaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb.
Nazirliyin əməkdaşlarının hazırladığı tədbirlər planına uyğun olaraq işğaldan azad olunmuş rayonlarda radio-televiziya yayımının qısa müddətdə bərpa olunması məqsədi ilə hazırlıq görülür.
Belə ki, ilkin olaraq Şuşa və Xocavənd rayonunun Hadrut Radio-Televiziya Yayım Stansiyasının işinin bərpa edilməsi məqsədi ilə mövcud daxili imkan və ehtiyatlardan istifadə olunacaq.
Texniki hazırlıq işləri başa catdırılıb, Şuşa və Hadrut RTYS elektrik enerjisi ilə tam təmin olunduqdan sonra yayıma başlanacaq.
Nəticədə Hadrut və Şuşa Radio-Televiziya Yayım Stansiyasından yayımlanacaq ölkənin bütün telekanalları və 1 xarici kanal, eləcə də radio proqramları Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Şuşa, Xankəndi, Qubadlı, Xocalı, Əsgəran, Ağdam rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
TƏCİLİ! Arayikin qızları Qarabağdan QAÇDI - Necə çıxıblar?
Ermənistan Televiziyası "Artsax" adından istifadə etməyi dayandırdı
Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri - FOTO
ABŞ Qarabağda minatəmizləmə işlərinə 2 milyon dollar ayırdı